Vahabi etiqadının yeni təhlili(1)Rəsulullahın (s) rəftarı bizim hamımız üçün örnək, öncül və höccətdir. O həzrət öz mehribançılıq, böyüklük və çalışqanlığı ilə əksər camaatın bütpərəst olduğu hicazlılara islamı qəbul etdirməyi bacarmışdır. Islamı qəbul etdikdən sonra onlardan bəziləri münafiqcəsinə o həzrətlə qarşılaşmağa başladılar. Rəsulullah (s) isə onlarla müharibə etməyə əmr olundu. Onlar zahirdə islamı qəbul edib, niyyət və əməldə o əzəmətli şəxsiyyətlə mübarizə edən şəxslər idilər. Bununla belə Peyğəmbər onlarla sülh yolu ilə davranırdı. Onun bu işdə məqsədi məmuriyyətini başa çatdırması, Qurani Kərimi tanıdıb, onun hökmlərini icra etmək idi. Bu, elə məsum imamların qarşıya qoyduqları yol idi və onlar heç bir zaman müsəlmanlar arasında müxalifətçiliyə razı olmazdılar. Biz Əlinin (ə) “Nəhcül-Bəlağə”də özündən öncəki xəlifələri qınadığının şahidi olsaq da belə, digər mövqelərdə onları təriflədiyini də müşahidə edirik. Bu isə yalnız imamiyyə etiqadının genişlənməsi və fikir azadlığı yaratmaq xatirinə idi. Belə nəticəyə gəlmək olar ki, indiki əsrdə şiə və sünnü ixtilaflarını araşdırmağın fayda vermədiyi bir halda, hətta əvəzolunmaz zərərlərlə də nəticələnməsi mümkündür. Əslində şiə və sünnü arasında birlik və vəhdət hər iki məzhəbin, xüsusilə, özünün fikir, mədəniyyət, fiqh, təfsir və əqidəsini məhdudlaşdırmayan şiənin mənafeyinə daha uyğundur. Müsəlmanları olan ölkələrə diqqət etmək bu deyilənləri təsdiqləyir. Çünki, şiənin böyük alimləri, o cümlədən Şeyx Mufid, Şeyx Tusi, Əlllamə Hilli və Təbatəbai və Ustad Mütəhhəri kimi alimlərin kitabları bu ölkələrdə daha çox gözə çarpır. Şiə və sünnü məzhəbinin birliyi sayəsində şiə mədəniyyəti və təfəkkürünün islam dünyasında yayılması, nəticədə isə bu iki firqənin bir-biri ilə daha da yaxınlaşması yolları açılacaqdır. Vahabilər digər firqələrdən daha çox belə birlikdən qorxurlar. Bu səbəbdən, həcc mərasimi zamanı bütün dini kitabların, o cümlədən Quran (fars dilində tərcüməsi), təfsir, tarixi və rəvayi kitablar, hətta İranın qəzet və jurnallarının ölkəyə daxil olmasının qarşısını alırlar. Onlar bu kitabların içində onların siyasətlərinə, xüsusilə etiqadlarına zidd olan həqiqətlərin olduğundan qorxurlar. Halbuki bunlar heç də islamın həqiqətləri ilə təzadlı deyildir. Onlar dünyagörüşü nöqteyi-nəzərindən həm şiə və həm də sünnnə əhlinin dörd firqəsi ilə də müxalifdirlər. Elə bu səbəbə görə də şiə və sünnə əhlinin vəhdətinin əleyhinə kitablar yazır, təbliğat aparır və bu məsələnin mümkün olmadığını cilvələndirirlər. Onlar: “Biz Quran ayələrini mənalandıran və iki Şeyxə ehtiramsızlıq göstərən şəxslərlə heç vaxt anlaşmayacağıq” iddiasındadırlar. Nə üçün Vahabiyyət tanınmalıdır? Vahabiyyətin vəhdətçilik anlayışı ilə ziddiyyətli olan hərəkat “vəhdət həftəsi”ndə özünün ən yüksək nöqtəsinə ucalır. Onların bu fitnəli niyyətlərinə ən gözəl cavablardan biri həc və ziyarət karvanları ruhanlərinin daha çox vəhdətə çağırmaları, onlarla qarşılaşdıqda necə rəftar etmələri barədə məlumata sahib olmaları, mübahisə yaxud müzakirə zamanı düşünərək necə tutarlı cavab vermələridir. Sünnə əhlinin ardıcılları olan bəzi həmvətənlərimizin də onların rəhbərlərinin nəzərlərini dəqiqliklə müqayisə etmələri gərəkdir. Ona görə ki, bu şəxslər vahabilərin onlarla da əks fikirdə olduqlarını bilməlidirlər. Hətta onlar bir çox sünnə etiqadının şirk, ya küfr olduğunu söyləyirlər. Həqiqətdə vahabiyyət siyasi bir hərəkat olub, özünü məzhəb şəklində sünnə əhlinə qovuşdurmaqla islami məzhəblərin vəhdətlərinin qarşısını almaq, müsəlman millətlərinə müstəmləkəçi hakimiyyətini əbədiləşdirmək, xüsusilə iki əsas firqə olan şiə və sünnü firqəsi arasında ayrılığı daha da gücləndirmək istəyir. Təəssüflər olsun ki, vahabiyyət Ərəbistanın qızıl yataqları olan torpaqlarına sahib olmaqla, Allahın bəxş etdiyi çoxlu sərvətlərə arxalanmaqla qüdrətli cərəyan kimi fəaliyyət göstərməyə nail olmuşdur. Həmçinin, dünyada öz məramlarını həyata keçirib təbliğ etmək üçün saysız-hesabsız təşkilat və müəssisələr yaratmışdır. Çox zaman fəqirlik və maddi imkansızlıqdan əziyyət çəkən İran və Pakistanın sünnə əhli yerləşən regionlarda kapital qoyuluşu edirlər. Onlar elmi mədrəsələr tikir və tələbələr üçün külli miqdarda pullar xərcləyərək onları vahabiçilik siyasətinə tərəf cəzb edirlər. Beləliklə də İranın sərhəd zonalarında yaşayan sünnə əhli çox zaman istismarşı vahabiyyətin təbliğatı təsirinə məruz qalırlar. Ələvi şiəsi ilə Məhəmməd (s) sünnəsinin əl-ələ verib düşmənə qarşı ayağa qalxdığı, istismarçı qüdrətini vahabiyyət simasının arxasında aşkarcasına müşahidə etdikləri bir gündə şiə və sünnü alimlərinin vahabiyyət barəsində lazımi tədqiqat aparmaları zərurəti duyulur. Alimlər bu yeni dəstənin (vahabiyyət) yalnız şiə ilə deyil, sünnə əhli ilə də müxalif olduqlarını bilməlidirlər. Vahabilər həmişə sünnü qardaşların tərəfdarı olub onlarla dost və əlbir olduqlarını göstərməyə çalışırlar. Habelə, alimlər vahabiləri şiə ilə ayıran məsələlərin şiə və sünnü arasında ümumi və müştərək məsələlər olduğunu, vahabidənsə, sünnə əhlinin şiəyə daha yaxın olduğunu nəzərə almalıdırlar. Vəhdət və rəhbərlər Keçmiş onilliklərdə müsəlmanların birliyini öz məqsədi və şüarı edən şəxslər də var idi. Onlar ya bu dəyərli arzuya nail olmadılar, ya da ki, bu arzunu həyata keçirmək üçün atdıqları addım zəif və ibtidai idi. Son zamanlarda Ayətullah Brucerdi (rəhmətullah) “Cameətut-təqrib beynəl məzahibul islami” şüarı və istəyinə müsbət cavab vermişdir. Digər alim və fəqihlər də bu alimin seçdiyi yola öz müsbət nəzərlərini bildirirlər. Bu sahədə İmam Xomeyninin (rəhmətullah) səyləri heç kəsə gizli deyildir. Indiki dövrdə isə Ayətullah Xameneyi bu vəhdətin daha da yayılması üçün “Cameətut-təqrib” və vəhdət barəsində özü-özlüyündə böyük və ümidverici yeni nəzəriyyələr irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, keçmiş şiə fəqih və alimləri (o cümlədən, şeyx Tusi, Şeyx Mufid və Seyid Murtuza Ələmul Huda) şiə və sünnü məzhəblərinin vəhdətinə təkidlə yanaşaraq bu sahədə dəyərli kitablar yazmışlar. Məsələn, “Əl-Xilaf” kitabı bu iki məzhəbin əqidəsindəki müştərək məsələləri sadalayır. Ya da Əllamə Hilli şiə və sünnə əhlinin dörd firqəsinin fiqhi əsasında “Təzkirətu-Fuqəha” adlı kitabını yazmışdır. Bütün bunlar fiqhi nəzəriyyələrin qovuşub yaxınlaşması və fiqh alimlərinin bir-birlərini anlaması istəyidir. Əlbəttə, hal-hazırda sünnə əhli tərəfindən də Fürud-din və fiqh sahəsində şiə və sünnü nəzəriyələri külliyyatı olan ensiklopediyalar yazılmışdır. “Mosuətu Cəmalu Əbdun Nasir vəl fiqhu ələl məzahibul xəmsə” və bu kimi kitabları nümunə gətirmək olar. [1] Ali İmran (3), 64-cü ayə.
|